Soyuqdəymədən sonra tez sağalmanın üsulları.Qripoz infeksiyasını keçirəndən sonra, insanın orqanizmində, xəstəlikləri törədən proses əleyhinə olan immunitet yaranır.Lakin bu proses uzun sürmür.
Buna görə də, xəstələnməkdən qorunmaq üçün, sizə bir neçə məsləhət veririk.
Soyuqdəymə xəstəsi olan insanlarnan əlaqədə olmayın.
Tez-tez otağın havasını dəyişin. Çox isidilmiş otaqda burun-udlaq seliyi qurumağa başlayır və bu da xəstəlik törədən prosesi oyadır.
Çox soyuq otaq, ayaqları istidə saxlamamaq da soyuqdəymənin inkişafına şərait yaradır. Əgər siz ayaqlarınızı isladmısınızsa, dərhal ayaqqabılarınızı dəyişin.
Sağlam, rasionlu qida, kifayət qədər vitamin qəbul etmə, daim hərəkətdə olmaq və rejimli yuxu, orqanizmi gücləndirir.Həmçinin, qan dövranını yaxşılaşdırmaq üçün, sauna və idman da çox xeyirlidir.