| |
| Təqvim |
| « May 2012 » |
|---|
| I | II | III | IV | V | VI | VII |
|---|
| | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | 31 | |
|
| |
|
|
| Xəbərlər : Yediklərinizdən xəbəriniz varmı? |
Müəllif: admin | Tarix: 31-05-2010, 01:45 | Baxış sayı: 593
Vərdiş etdiyiniz bəzi ərzaqlar hətta ölümcül xəstəliklərə belə səbəb ola bilər.
Siyahıda birinci yeri çipslər və qazlı sular tutur. Karbohidratlar, yağlar, boyalar və dad əvəzedicilərinin qarışığı olan bu qidalarda çoxlu kanserogen əmələ gəlir, bu da öz növbəsində, qanda xolesterinin artmasına səbəb olur. Şirin qazlı sular şəkər, kimyəvi maddələr və qazın qarışığıdır. Adətən, belə sulara E 951 sintetik şəkər əvəzləyicisi - aspartam qatılır. Çoxlu miqdarda aspartam qəbul etdikdə maniakal depressiya, təşviş yaranır, qəzəb və zorakılıq hissləri əmələ gəlir. Ən əsası isə qazlı şirin su susuzluğu aradan qaldırmır. Ağızda şirinlik hissi qalır və yenidən maye içmək ehtiyacı yaranır. Nəticədə aspartamlı maye susuzluğu öldürməkdənsə, əksinə, yanğı əmələ gətirir. Bundan əlavə, konservant kimi istifadə olunan benzoat natrium (E211) maddələr mübadiləsini pozur və piylənməyə səbəb olur.
İkinci yeri fastfoodlar tutur. Çünki bu məhsullar çox vaxt günlərlə dəyişdirilməyən yağda hazırlanır. Nəticədə yenə də konserogenlər peyda olur. Həmişə qəlyanaltıxanalarda əlüstü hazırlanan yeməklərlə qidalanma kolit, qastrit, qıcqırma, qəbizlik əmələ gətirir.
Üçüncü yeri kolbasalar və hisə verilmiş məhsullar tutur. Belə məhsullarda ətdən çox ətirləndirici olur. Hisə verilmiş balıq və ət də tərkibində çoxlu kanserogen olduğu üçün ziyanlıdır. Bu zərərli maddələr emal zamanı yaranır. Genetik cəhətdən modifikasiya edilmiş məhsulların istiafdəsi isə vəziyyəti daha da çətinləşdirir.
Dördüncü yerdə meyvə-tərəvəz, tərkibində konservantlar olan məhsullardır. Hətta ən faydalı və təbii məhsullar belə, məsələn, yol qırağında bitərsə, təhlükəli ola bilər. Meyvə-tərəvəzə vurulan qlyutamat natrium maddəsi isə baş ağrılarına, damarların yığılmasına, maddələr mübadiləsinin pozulmasına səbəb ola bilər.
Beşinci yerdə marqarin, şirniyyat və dənli bitkilərdir. Marqarin yağın ən zərərli növü - transgen piydən ibarətdir. Marqarinlə hazırlanmış bütün məhsullar - tortlar, pirojnalar və s. hamısı orqanizm üçün zərərlidir. Bəzi adamların orqanizmi ağ çörəyi qəbul etmir. Bu xəstəliyin adı seliakiyadır. Əlamətləri bağırsaq problemlərindən diabetə və yuxusuzluğadək dəyişir.
Altıncı yerdə qəhvə, energetiklər və süddür. Əsəblərini korlamaq istəməyən yaşlı adam gündə 2-3 fincan qəhvə içə bilər. Çoxlu qəhvə içməklə baş ağrısı, ürək döyünməsi və yüksək təzyiqlə üzləşmək olar. Gənclərin çox sevdiyi energetik içkilərin isə tərkibi hələ də məlum deyil.
Hörmətli istifadeçi, siz sayta qonaq kimi daxil olmusunuz. Biz sizə qeydiyyatdan keçməyi tövsiyyə edirik.
Mövzuya aid digər xəbərlər:
Toksikozdan qurtulmaq üçün 5 məhsulOrqanizmi şlaklardan və toksinlərdən necə təm ...Psoriaz xəstələri necə qidalanmalıdırlar?Orqanizmi hansı məhsullarla təmizləmək olar?Uşaqların ağlını artıran məhsullar
|
| |
|
|
| Sorğu |
| Nədən əziyyət çəkirsiniz? |
|
| |
|
|