| |
| Təqvim |
| « May 2012 » |
|---|
| I | II | III | IV | V | VI | VII |
|---|
| | 1 | 2 | 3 | 4 | 5 | 6 | | 7 | 8 | 9 | 10 | 11 | 12 | 13 | | 14 | 15 | 16 | 17 | 18 | 19 | 20 | | 21 | 22 | 23 | 24 | 25 | 26 | 27 | | 28 | 29 | 30 | 31 | |
|
| |
|
|
| Xəbərlər : Kondisionerdən istifadə müxtəlif xəstəliklərə səbəb olur |
Müəllif: admin | Tarix: 22-07-2010, 20:19 | Baxış sayı: 729
Kondisionerin nəfəs çatışmazlığı, qrip, iflic və burun qanaması kimi bir çox xəstəliklərə səbəb olduğunu bilirsinizmi?
Kondisioneri müəyyən fasilələrlə ilə tədricən dərcəsini azaldaraq işlətmək lazımdır. Belə olmadığı halda burun-boğaz yolu xəstəlikləri, qrip infeksiyaları və iflic kimi xəstəliklərin yaranma riski artır.
Yayda insan bədəni isti hava ilə bağlı yarana biləcək xəstəliklərdən özünü tərləyərək qorumağa çalışır, lakin bəzən bu tərləmə refleksi kifayət qədər olmaz və sağlamlıqla bağlı problemlər yaranır. İsti ilə əlaqəli sağlamlıq problemlərinin əsasını bədənin hədindən artıq maye və meneral itgisnə məruz qalmasıdır. Hədindən artıq maye itgisinə görə susuz qalan bədəndə; baş ağrısı, halsızlıq, ağız quruluğu, baş gicələnməs, huşsuzluq və ürək bulanması ola bilər. Daha ağır formalarda isə qanda şəkərin miqdarının düşməsi ilə yüksək hərarət, ürəkgetməsi və huşsuzluq ilə şok vəziyyəti yarana bilər. İstidən qorunmaq üçün ən tez və təsirli üsullardan biri kondisionerlərdir, lakin düzgün istifadə son dərəcə vacibdir.
İstilərin özün daha çox göstərdiyi bu günlərdə kondinsioner ilə sərinləyənlərə xatırladaq ki, həddindən artıq isti yerdən birbaşa soyuq yerə keçmək bəzi xəstəliklərə yoluxma riskini artırır. Kondinsionerdə və soyutma sistemlərində kif göbələklərinin, bakteriaların və tozların toplanması nəticəsində nəfəs çatışmazlığı, asma, alergik qrip və.s xəstəliklər yaranır. Xüsusilə bəzi bakterial xəstəliklər vaxtlı-vaxtında təmizlənməyən köhnə kondisonerlər və mərkəzləşdirilmiş soyutma sistemlərindən yaranır. Bununla yanaşı təmiz olmayan havanın udulması nəticəsində hərarət, baş və əzələ ağrıları, halsızlıq kimi qrip infeksiyalı xəstəliklərə yoluxma ehtimalı artır.
Kondisonerdən istifadə edərkən bir neçə önəmli nöqtəyə xüsusi diqqət yetirsək, sadaladığımız xəstəliklərə yaxalanma riskini azaltmış olarıq. Əvvəla, kondisonerin dərəcəsini birdən-birə ən soyuğa qoymaq düzgün deyildir, bunun üçün dərcəni müəyyən fasilələrlə azaltmaqla bədən temperaturundakı dəyişikliyə adaptasiya aparılmalıdır. Məsələn, çöldə istilik 35 dərəcədirsə kondisoner işlədilən yerdə istilik, fasilələrlə 5 dərəcə aşağı salınmalı və sonda 25 dərcədə saxlanılmalıdır. Bundan əlavə kondisonerin davamlı olaraq təmizliyi aparılmalı, düzgün istifadə mövzudunda həssaslıq göstərilməlidir.
Hörmətli istifadeçi, siz sayta qonaq kimi daxil olmusunuz. Biz sizə qeydiyyatdan keçməyi tövsiyyə edirik.
Mövzuya aid digər xəbərlər:
İsti havalarda sağlamlığınıza diqqət edi ...Qripə və infarkta qarşı ən yaxşı də ...Yediklərinizdən xəbəriniz varmı?Arıq adamlar daha sağlam olur.Çirklənmiş hava ürək xəstəlikləri ...
|
| |
|
|
| Sorğu |
| Nədən əziyyət çəkirsiniz? |
|
| |
|
|