DataLife Engine > Xəbərlər > Lazer haqqında həqiqətləri biliniz!
Lazer haqqında həqiqətləri biliniz!16-09-2011, 23:15. Ðàçìåñòèë: p.cerrah |
|
Lazer haqqında həqiqətləri biliniz! 1. “Lazer” sözü İngilizcə olan “light amplification by stimulated emission of radition” (işığın şua emissiyasinin təşviqi ilə qücləndirilməsi) cümləsinin ilk hərflərindən əmələ gəlib. Bir sözlə desək, lazer- gücləndirilimiş işıq şüasıdır. Adi işıqdan fərqli olaraq lazer şüası çox yığcam və tək növ dalgadan (tək rəngdən) ibarət olur. 2. Bunun sayəsində lazer asanlıqla bir nöqtədə cəmləşir və yüksək enerji sıxlığı nəticəsində toxumanı qızdırıb buxarlaşdırır. Beləliklə lazer kəsici, yandırıcı, buxarlaşdırıcı, dəlici və dağıdıcı təsir göstərir. Adi atəş yanığından fərqli olaraq lazer yanığı çox kiçik zədələnmə sahəsi yaradır. Müəyyən dalga uzunluöu olan lazerlər spesifik maddələr tərəfindən hopdurulduğu üçün sırf maddənin olduquğu sahəyə təsir edər. (Məsələn sadəcə tatuaj olan yer yandırılaraq təmizlənir, normal dəri isə qorunur). 3. Hal-hazırda lazer fərqli tibb şaxələrində tətbiq edilir, o cümlədən oftalmoloqiyada qlaukoma və arxa göz segmenti cərrahiyyəsində; otolarinqologiyada qırtlaq və daxili qulaq cərrahiyyəsində, ümumi cərrahiyyədə qan durdurulması üçün və kəsici alət olaraq və s. 4. Plastik cərrahiyyə və dermatoloqiyada, digər sahələrdəki kimi lazer istifadə edilir. Müxtəlif lazer növləri kəsici və qan durdurucu alət olaraq, bundan başqa da, dərinin dermabraziyası və həmçinin çapıq cilalanması (“şlifovka”), pigment ləkələrinin çıxardılması, istənilməyən tüklərin alınması (epilyasiya), ziyil və papillomaların yandırılması, kapilyar malformasiyalar (“hemangiomalar”) və döymə (tatuaj, “nakolka”) çıxardılması məqsədi ilə istifadə edilir. 5. Lakin, yuxarıdaki məqsədlər üçün lazerin Azərbaycanın yerli əhalisi üçün istifadəsi əksər hallarda uygun deyil. Məsələ ondadır ki, lazer müdahiləsi yalnız açıq rəngli dəridə yaxşı nəticə verir. Bu daha çox Avropa millətlərinə aiddir ( məsələn, almanlar, pribaltikalılar, ingilizlər kimi). Bizim əhalinin dəri rəngi tünd sayılır (Fitzpatrik’a göre tip 4-5) və lazerin belə dəridə istifadəsi qadağandır, çünki ciddi fəsadlara yol açır. Məsələn, köbud çapıqlaşma, ləkələrin getmə yerinə daha da qaralması, dəri yanıqları və s. görülmə ehtimalı çox yüksəkdir. 6. Bundan əlavə, təəssüf ki, Azərbaycanda qazanc və varlanma güdən reklamların təsiri ilə lazer sözünün mənası tamamı ilə yanlış şəkildə yozulur. Belə ki, reklamlardan lazer ilə “beyin, burun çəpəri, badamcıq, adenoid, qalxanabənzər vəz (zob), bel fəqərələri, öd kisəsi, sünnət və s.” əməliyyatlarının aparılması vədd edilir. 7. Qeniş kliniki araşdırmalar göstərir ki, adı çəkilmiş bütün bu əməliyyatlarda lazerin heç bir üstünlüyü yoxdur ona görə də istifadəsi məqsədə uygun deyil! 8. Problem ondadır ki, xalqımız “lazer” sözü altında “ağrısız, kəsiksiz, çapıqsız əməliyyat” başa düşür, yəni sözü tamamən başqa mənada qəbul edir. Əvvəla, düzgün əməliyyat sonrası müalicə ilə xəstənin ağrıları çox az olur ya da heç olmur. Müasir tikiş texnikası ilə əməliyyat kəsikləri təbii dəri qıvramlarında gəzlədirlir, nəticədə olduqca naziq və gözə batmayan izl əldə edilir. Əməliyyat zamanı həkimən işləmə sürəti və əməliyyatın mürəkkəbliyindən başqa bir çox faktordan asılıdır. Tez başa çatan əməliyyat hər zaman müvəffəqiyyətlə aparılmış əməliyyat deyildir! 9. Çox vaxt burun, qarın, döş və oynaq boşluqlarında endoskop (daxili görməyə imkan cihaz) ilə aparılan əməliyyatlara daha çox şan-şöhrət qazandırmaq üçün “lazer ilə” adı verilir. Əslində bu əməliyyatlar “endoskopikdir”, bunlarda lazer istifadəsinin yeri yoxdur ya da çox məxduddur. Sizə sağlamlıq və xoşbəxtlik dolu gün arzulayıram! Bütün suallarınızı buradan göndərə bilərsiniz. Uzman həkim İlyas Axund-zadənin konsultasiyasına 070 663 06 71 telefonundan yazıla bilərsiniz. Hörmətlə Avropa Plastik, Rekonstruktiv və Estetik Cərrahiyyə Kolleqiyasının üzvü, Uzm. həkim, Ilyas Axund-zadə Âåðíóòüñÿ íàçàä |