Aztəminatlı ailələrin uşaqları 23 aprel tarixində “West Hospital”da xüsusi qayğı ilə qarşılanıblar.
Onların müayinədən keçirilməsi ilə yanaşı, həkimlərlə birgə çalışmalarına da şərait yaradılıb. Belə ki, yaradılmış fürsətlə həkim roluna girən balacalarda xoş təəssüratlar yaranıb.
23 Aprel - Milli Suverenlik və Uşaq Bayramı günüdür. Türkiyə Böyük Millət Məclisinin 1920-ci il aprelin 23-də qurulmasının şərəfinə, yalnız türk uşaqlarına deyil, bütün dünya uşaqlarına hədiyyə edilən, hər il qeyd olunan bayramdır.
Bu səbəbdən Azərbaycan Qızıl Aypara Cəmiyyəti Binəqədi Rayon Bölməsinin də iştirakı ilə “West Hospital”da “Uşaqlar sağlam gülsün” adlı kiçik tədbir keçirilib. Tədbirin mahiyyəti aztəminatlı ailələrdən olan müxtəlif yaş kateqoriyalı uşaqlara ödənişsiz həkim müayinəsinin təşkil edilməsidir.
Adətən uşaqların həkimlərdən çəkindiyini nəzərə alan “West Hospital” bu tədbirin əyləncəli keçməsi üçün əlindən gələni ediblər. Belə ki, şirniyyat masası arxasında sehrbazın iştirakı ilə uşaqlara yüksək əhval-ruhiyyə bəxş edilib. “Bu günün balacaları sabahın böyükləridir” - deyərək dövlətimizə, cəmiyyətimizə sağlam nəslin yetişməsi başlıca amillərdəndir.
“West Hospital” mütəmadi olaraq aztəminatlı ailələrin sağlamlığına dair sosial layihələr həyata keçirməkdədir. Hospital kollektivi bir daha bütün uşaqları bayram münasibəti ilə təbrik edir və bildirir ki, onların cəmiyyətimizin sağlam nümayəndəsinə çevrilməsi yolunda əlindən gələni əsirgəməyəcəkdir.